ABŞ-ın Skripps İnstitutunu təmsil edən bir qrup mütəxəssisin apardığı araşdırmalar nəticəsində koronavirusun təbii təkamül nəticəsində yarandığı müəyyən edilib.
Bu araşdırmaların nəticəsi “Nature Medicine” jurnalında dərc olunub.
Alimlər SARS-CoV-2 koronavirusunun genomlarını digər koronavirusların genomları ilə müqayisə ediblər.
Bununla birgə, SARS-CoV-2 koronavirusu bəşəriyyətə məlum olan başqa koronaviruslardan çox fərqlənir.
Mütəxəssislərin fikrincə ya koronavirus hansısa heyvanın bədənində indiki vəziyyətədək təkamül edib sonra insana keçib, ya da ki insan bədənində inkişaf edib.
istinad:oxu.az