Alman ordusunda rezonans doğuran hesabat: Yalnız 13 faizi istirmara yararlıdı

0
198

Almaniya Silahlı Qüvvələrinin sahib olduğu 152 helikopterdən yalnız 20-si istismara yararlıdır.

Terefsiz.az xəbər verir ki, “Bild” nəşri bu barədə yanvarın 2-də Almaniya Silahlı Qüvvələrinin gizli hesabatına istinadən informasiya yayıb.

“Tiger”lərin faciəli istismar vəziyyəti pilotların hazırlanmasına da təsir göstərir. Bu cür vəziyyətə imkan vermək məsuliyyətsizlikdir”, – Almaniya parlamentində “Yaşıllar” Partiyası fraksiyasının nümayəndəsi Tobias Lindner bildirib.

Məqalə müəllifinin sözlərinə görə, alman ordusunun “Tiger” helikopterlərinin 53-dən yalnız səkkizi, NH90 nəqliyyat helikopterlərindən isə yalnız 99-dan 12-si istismara yararlı vəziyyətdədir.