Almaniya COVID-19 pandemiyasının rəsmən bitdiyini elan edib

0
111

Almaniya COVID-19 pandemiyasının rəsmən bitdiyini elan edib.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Almaniyanın “Tagesspiegel” nəşri məlumat yayıb.

Belə ki, Berlində fəaliyyət göstərən “Şarite” klinikasının virusologiya şöbəsinin müdiri, Almaniya Federal Hökumətinin Koronavirus Şurasının üzvü Kristian Drossen COVID-19 pandemiyasının artıq sona çatdığını bildirib: “Fikrimcə, bu qış koronavirusun ilk endemik dalğasını yaşayırıq. Bu, pandemiyanın sona çatdığını göstərir”.

Onun sözlərinə görə, qışın sonunda əhalidə COVID-19-a qarşı immunitet o qədər güclü və sabit olacaq ki, yayda virusun kütləvi şəkildə yayıla bilməsi ehtimalı azdır.

terefsiz.az