Almaniya hökuməti İrandakı etirazlarla bağlı daha 2 nəfərin edam edilməsinə sərt reaksiya verib.
Terefsiz.az “Der Spiegel”ə istinadla xəbər verir ki, Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit verdiyi açıqlamada Almaniya hökumətinin İran rejiminin ölüm hökmündən repressiya aləti kimi istifadə etməyə davam etməsini ən sərt şəkildə pislədiyini qeyd edib.
Hebestreit Tehran hökumətini “bir daha və təcili olaraq” ölüm hökmü çıxarmamağa və ölüm hökmünü dərhal ləğv etməyə çağırıb. O, müttəfiqlərin və İrana təzyiqlərin daha da artacağını bildirib.
“Biz İranı haqsız yerə həbs edilənlərin hamısını gecikdirmədən azad etməyə çağırırıq”, – Hebestreit bildirib.