Almaniya Yunanıstana təzminat verəcəkmi? – Rəsmi

0
169

Yunanıstanın I və II Dünya müharibəsi zamanı Almaniyanın səbəb olduğu zərərlərə qarşılıq təzminat istəməsi məsələsi siyasi və hüquqi olaraq bağlanıb.

Terefsiz.az xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyi sözçüsü Rayner Broyl Yunanıstanın Almaniyadakı səfirinin bu ölkənin Xarici İşlər Nazirliyinə ünvanladığı notaya münasibət bildirərkən deyib. O söyləyib ki, Almaniya XİN-i sözügedən notanın məzmunu və yunan parlamentinin qərarını incələyib.

XİN rəsmisi alman hökumətinin notaya cavab verib-verməyəcəyi ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Yunanıstanın Almaniyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə nota verib. Notada Yunanıstan II Dünya müharibəsi dövründə nasist Almaniyası tərəfindən işlənmiş hərbi cinayətlər üçün 300 milyard dollara qədər təzminat ödənilməsini tələb edib.

İstinad: Axar.az

Terefsiz.az