Azərbaycan əsilli qadın Almaniyada yandırılaraq öldürülüb.
Bu barədə “Radiobielefeld” xəbər yayıb.
Məlumata görə, hadisə cümə günü baş verib.
Lemqo şəhərində maskalı velosipedçi yolun kənarı ilə gedən 33 yaşlı qadın piyadanın başına yanan əski atıb. Nəticədə qadın ikinci dərəcəli yanıq xəsarətləri alaraq ölüb.
Ölən qadının Azərbaycanda doğulduğu bildirilib.
Hadisəni törədən şəxsin axtarışları davam edir.
Cinayətin başvermə səbəbi hələ məlum deyil.
istinad:oxu.az