Almaniyada Suriya əsilli şəxs qatarda insanlara bıçaqla hücum edib, ölənlər və yaralılar var

0
78

Almaniyanın şimalında şəhərətrafı qatarda bıçaqlı hücum nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

“Terefsiz.az” xəbər verir ki, bu barədə DPA agentliyi Şlezviq-Holşteyn federal torpaqların daxili işlər nazirliyinin rəhbəri Sabine Sütterlin-Vakka istinadən məlumat yayıb.

Onun sözlərinə görə, qatar Kiel şəhərindən Hamburqa gedib və faktla bağlı həbs edilən var.

Qeyd olunub ki, hücum qatarın Ştayunburq rayonundakı Brokştedt stansiyasına çatmasından az əvvəl baş verib.

Hazırda daha bir nəfərin vəziyyəti ağırdır. Nəşrin məlumatına görə, hadisəni törədən şəxs Suriya əsilli olub. Polis onu Brokştedtdə saxlayıb. Cinayətin motivləri hələ də bəlli deyil.

terefsiz.az