Almaniyalı səyyah: “Azad edilən ərazilərə yenidən həyat qayıdır”

0
79

“Azərbaycanın erməni işğalından azad etdiyi ərazilərə yenidən həyat qayıdır”.

“Terefsiz.az”  “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən almaniyalı səyyah Yurgen Kuller bildirib.

“Daha öncə Xudafərin körpüsü haqqında eşitməmişdim. Bu körpə mənə çox dərin təsir bağışladı. Qədimiliyinə baxmayaraq, hələ də istifadəyə yararlı görsənir”, – o deyib.

Eyni zamanda, Şərqi Zəngəzur iqtisadi rayonuna səfərinə toxunan səyyah bu ərazidə erməni vandalizminə məruz qalmış xeyli sayda ev, tarixi önəm kəsb edən abidələr gördüyünü vurğulayıb: “Bu, həqiqətən də çox məyusedicidir. Lakin hazırkı quruculuq işləri ilə bu ərazilərə həyat yenidən tədricən qayıdır. Bu, sevindirici haldır”.

terefsiz.az