Terefsiz.az saytı xəbər verir ki, Almaniyanın ilk kosmonavtı Ziqmund Yen 82 yaşında vəfat edib.
Bu haqda Almaniyanın aerokosmik mərkəzindən bilidiriblər.
Ziqmund Yen 1978-ci ildə Sovet İttifaqının “Soyuz-31” kosmik gəmisində rusiyalı Baleri Bıkovski ilə birlikdə “Salyut-6” orbital stansiyasına uçuş edib.
Onların uçuşu bir həftədən artıq davam edib.
Qeyd edək ki, Z.Yen bütöv Almaniyanın ilk, Almaniya Demokratik Respublikasının (ADR) isə yeganə kosmonavtı olub. O Sovet İttifaqı və ADR qəhrəmanı adına layiq görülmüşdür.
Terefsiz.az