“American Airlines” aviaşirkəti “Boeing 737 MAX” təyyarələrinin uçuşunun dayandırılması müddətini 19 avqust tarixinə qədər uzadıb

0
360

“American Airlines” aviaşirkəti “Boeing 737 MAX” təyyarələrinin uçuşunun dayandırılması müddətini 19 avqust tarixinə qədər uzadıb.

Terefsiz.az saytı TASS-a istinadən xəbər verir ki, bu barədə bəyanat bazar günü şirkətin saytında dərc olunub.

Daha əvvəl qadağa iyunun 5-nə qədər nəzərdə tutulmuşdu.

“Biz “Boeing 737 MAX” təyyarələri ilə həyata keçirilən reyslərin ləğvini 19 avqustadək uzatmaq barədə qərar qəbul etdik. Çox əminik ki, MAX (modelləri) həmin vaxtadək yenidən attestasiyadan keçəcək”, – deyə məlumatda bildirilir.

Aviaşirkət əlavə edib ki, belə olan halda, gündə təqribən 115 reys ləğv olunacaq ki, bu da ABŞ-da bütün gündəlik reyslərin 1,5 faizini təşkil edir.

Terefsiz.az