AMERİKA KİNO AKADEMİYASINA ÜZVLÜYƏ 819 NAMİZƏD

0
564

Yenilənmə istiqamətində addımlar atmağa hazırlaşan Amerika Kino Akademiyası kino xadimlərinə üzvlük üçün təkliflər göndərib. Yeni simaları cəlb etmək üçün Akademiya 800-dən çox kino sənəti xadiminə bu Akademiyaya daxil olmaq barədə dəvətnamələr göndərib. Dəvətnamə göndərilən kinematoqqrafçılardan 75-i Oskar mükafatına nominant olub, 15-i isə məşhur mükafatın laureatlarıdır. Dəvət edilən xadimlərin təqribən yarısını qadınlar və etnik azlıqların nümayəndələri təşkil edir. Son illərdə dərin böhranla üzləşən, “Oskar” mükafatı üçün filmlər və nominantlar seçimi zamanı etnik müxtəlifliyin olmamasına görə tənqidə məruz qalan Akademiya bilərəkdən xanım kinematoqrafçılara və etnik azlıqların nümayəndələrinə üstünlük verib.

Xatırladaq ki, bir vaxtlar çox nüfuzlu kino prodüseri Harvi Vaynşteynin adı ilə bağlı qalmaqal da bu mükafatın statusuna ciddi zərbə vumuşdu. Hətta Amerika kino sənayesinin hüdudlarından kənara çıxmış bu qalmaqal beynəlxalq miqyas almış #MeeToo hərəkatının yaranmasına səbəb olmuşdur.

Yeni qərarın Kino Akademiyasının daxilində rolların bölüşdürülməsinə necə təsir edəcəyinə necə təsir edəcəyinə gəlincə, bu, yəqin ki, “Oskar” mükafatının növbəti təqdimetmə mərasimində məlum olacaq.

aki.az