Amsterdam aeroportunda silahlı şəxslər təyyarəni ələ keçirib – FOTO

0
209

Terefsiz.az saytı xəbər verir ki, Amsterdamın “Sxipxol” aeroportunda bıçaqlı şəxslər təyyarəni ələ keçirməyə çalışıblar. Bu barədə “The Sun” “Twitter” istifadəçilərinə istinadla məlumat verir.

Sosial şəbəkə istifadəçiləri bildirirlər ki, silahlı şəxslər beynəlxalq reysi ələ keçirməyə çalışıblar. Deyilənə görə, hadisə “ Air Europe” aviaşirkətinin Madridə olan reysində baş verib.

See Edgard Capriles ✨‘s other Tweets

Öz növbəsində Hollandiyanın jandarmeriyası da aeroportda şübhəli vəziyyətlə bağlı məlumat verib.    

“The Sun” bildirir ki, təyyarənin bortunda ən azı 27 nəfərin olması ehtimalı var.

Daha sonra polis ekipaj üzvlərinin və sərnişinlərin təyyarəni tərk etdiyi xəbərini verib.