Niderlandın paytaxtı Amsterdam 2020-ci ildə “Avroviziya” mahnı müsabiqəsini keçirməyəcək.
“RİA Novosti” yə istinadən Terefsiz.az saytı xəbər verir ki, bunu şəhərin meri xanım Femke Halsema deyib.
O, buna səbəb şəhərdə müsabiqənin təşkili üçün uyğun olan bütün arenaların həmin müddətdə məşğul olacağını göstərib.
Qeyd edək ki, gələn il “Avroviziya”nın Amsterdamda “Ziggo Dome” arenasında keçirilməsi planlaşdırılırdı. Niderlandın Rotterdam, Utrext, Hertoqenbos, Arnem və Maastrixt şəhərləri də müsabiqəyə ev sahibliyi uğrunda mübarizə aparırlar.
Xatırladaq ki, 2019-cu ildə İsraildə təşkil edilən “Avroviziya” müsabiqəsinin qalibi Niderland təmsilçisi Dunkan Lourens olub.
Terefsiz.az