ANAMA bəzi rayonlarımızda tapılan raket və mərmi qalıqları ilə bağlı məlumat yaydı – FOTO

0
202

TEREFSİZ.AZ saytı xəbər verir ki, 2020-ci il 30 Sentyabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 17 (on yeddi) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 1 (bir) müraciət daxil olub (cəmi: 18 çağırış).

 

ANAMA-dan verilən məlumata görə, daxil olmuş 18 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu tərəfindən Ağdam rayonunun Üçoğlan və Sarıcalı kəndləri, Ağcabədi rayonunun Ağgöl, Minəxorlu, Arazbar və Köyük kəndləri, Füzuli rayonunun Bala Bəhmənli, Goranboy rayonunun Meşəli və Yenikənd kəndləri, Tərtər rayonunun N.Nərimanov küçəsi və Pambıqçılıq zavodunun ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 18 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirmişdir.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 7 ədəd raket və 8 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

 

Ümumilikdə, Agentlik tərəfindən 27-30 sentyabr tarixlərində 54 siqnal (əməliyyat çağırışı) əsasında 52 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, Naftalan, Füzuli, Tərtər və Hacıqabul rayonları ərazisində ev və həyətyanı sahəyə, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilmiş, 1 ədəd aviabomba (OFAB-100), 13 ədəd raket, 1 ədəd raketinin arxa hissəsi (dolu) və 2 ədəd döyüş başlığı, 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator, 1 ədəd kamikadze dron (partladıcısı yerində zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxeması və 12 ədəd partlamış raket hissələri aşkar olunub.