“Anan kişi toylarında mahnı oxuyurdu, sərxoş olurdu” – Nazpərinin qardaşı öz qızına məktub yazdı

0
398

Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağaların qeyri-rəsmi nikahdan olan qızı Pərvanə Dostəliyeva arasında qalmaqal getdikcə daha da böyüyür.

Terefsiz.az saytı Ağalar Dostəliyev axşam.az-a zəng edərək, qızına ünvanladığı məktubu təqdim edib. Onun məktubunu olduğu kimi təqdim edirik:

“Pərvanə, belə də gündəmə gəlmək olar? Sizə deyiblər ki, Nazpəriyə ilişsəniz, məşhur olacaqsınız? Belə böhtandansa, Aygün, Röya, Rəqsanə kimi oxumağa səsiniz olmasa da, soyunub məşhur olardın. Anan deyir ki, gəl, arxivi açaq. Get, filarmoniya bağında oxuyan musiqiçilərdən soruş, ananın arxivini deyəcəklər sənə.

Anan kişi toylarında mahnı oxuyurdu, sərxoş olurdu, oynayırdı. Bunu mənə musiqiçilər danışırdı. Rayon toylarına gedən kişi musiqiçilərindən soruş. “Fars mahnısı oxuyan Şəhla” deyiblər ona. Ananın məndə bir şəkli var. 1983-cü ildə onu mənə ananın “padruqa”ları verib, hələ də məndədir. Bu şəkli internetə göndərə bilərdim, qıza yazığım gəlir.

Bir azdan qızın da deyər, babam məni zorlayıb. Bir nəsli necə zorlaya bilərəm? Zorroyam? İlhamə sağ olsaydı, sizə yaxşı titullar verərdi. Yaxşı ki, demədiz, nənəm Lətifəni də zorlayıb. Uşağın olsa, adını “təcavüz” qoyun. Həbsxana, dəlixana sizin üçün yaranıb. Dəlixanada olmasan da, həbsxanada olmusan. Yaxında dəlixanaya da düşərsən.

Şəklimə gəldikdə isə… Bacım Zeynəb yalvardı ki, uşaqları apar bulvara. Orada gördüm ki, ananla sən də gəzirsən. Anan xahiş etdi ki, uşaqlarla şəkil çəkdirim. Mən də çəkdirdim. Həmin orda anan bir rəfiqəsi ilə görüşdü. Qız mənə dedi ki, gözəl oğlansan, bunla gəzib, özünü biabır etmə. Rəfiqəsi ilə saçyolduya çıxdılar. Mən də uşaqları götürüb uzaqlaşdım.

1995-ci il idi… Mən həmişə barda olurdum. Şəhla onda da yanıma gəlirdi. Hətta bir dəfə qardaşını döyməyimi istəyirdi, dedim ki, get işinlə məşğul ol”.

Qeyd edək ki, Pərvanə atasının ona 6 yaşında təcavüz etdiyini, bibisi Nazpərinin isə ona bütün kanallarda qadağa qoydurduğunu deyib.

Terefsiz.az