Qazaxda diqqətsizlik ucbatından 2 yaşlı uşaq ağır yanıq xəsarətləri alıb.
Terefsiz.az -ın verdiyi məlumata görə, hadisə rayonun özündə baş verib. Belə ki, G.Kərimovanın üzərinə qaynar su tökülüb. Nəticədə uşağın bədəninin müəyyən hissəsi yanıb.
Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilən uşağın vəziyyəti orta-ağır kimi qiymətləndirilir. İlkin məlumatlara görə, hadisə uşağın anası M.Kərimovanın ehtiyatsız davranması nəticəsində baş verib.
İstinad: Oxu.az
Terefsiz.az