“Andranikin qulağı kimi kəsib yerə qoyacağıq!” – İran deputatına sərt cavab

0
64

İranın İslami Məclis Şurasının deputatı, parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Şəhriyar Heydərinin Azərbaycan haqqındakı son açıqlaması geniş rezonansa səbəb olub.

İranlı deputatın Azərbaycan Respublikasını “Bakı Cümhuriyyəti” olaraq adlandırması azmış kimi, molla rejiminin nümayəndəsi Azərbaycanı “sionist rejim”lə (İsrail – red.) işbirliyi içərisində olmaqda da ittiham edib.

Bundan əlavə, Ş. Heydəri Azərbaycanla yanaşı Türkiyəyə də təhdid dolu mesajlar verib və qeyd edib ki, Türkiyə bölgədəki iddialı hədəflərində ehtiyatlı olmalıdır.

Terefsiz.az xəbər verir ki, Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib ki, İran Erməni-Qriqoryan Respublikasının başıpozuq bir deputatının açıqlaması, əslində, bunların nə qədər gərginlik içərisində olduğunu bir daha göstərir.

O, iddia edib ki, erməni qardaşlığı İran rejimi nümayəndələrinin başlarında, deyəsən, bir pozuntu əmələ gətirib:

“Bunlar hələ anlamırlar ki, Azərbaycanla hər hansı bir təhdid dilində danışmaq qüdrətinə heç bir ölkə sahib deyil, o cümlədən də İran. Ona görə də onlar boş-boş özü üçün danışır”.

BQP sədrinin fikrincə, İran tərəfi Azərbaycanın adını təhrif etməklə özlərinəməxsus bir mazoxizm yaşayır:

“Onlar elə bilirlər ki, bununla Azərbaycana nə isə ziyan vururlar. Amma faktiki olaraq o, o boyda dövlət özünü erməniyə təslim etmiş, Qriqoyan dininə keçmiş bir rejimə çevrilib. Ona görə də onların hər hansı bir təhdidi bizim üçün heç bir məna daşımır”.

F. Mustafanın qənaətinə görə, bu gün Azərbaycan özünün bölgədə nə qədər söz sahibi olduğunu və əvvəlki illərdə olduğundan daha fərqli olaraq, istənilən ölkə qarşısında öz nüfuzunu qoruya biləcəyini ortaya qoyub:

“Ona görə də Azərbaycana qarşı bu dildə danışmaq sadəcə boşboğazlıqdan başqa bir şey deyil və bu cür hədələr də heç vaxt Azərbaycan üçün keçərli ola bilməz. Çünki biz kimsəyə hücum etmək istəmirik və belə bir niyyətimiz də yoxdur. Eləcə də biz qonşuluq prinsiplərinə əməl etmək istəyirik. Amma hücum etmək istəyənin qulağını da Andranikin qulağı kimi kəsib yerə qoyacağıq!”

Rafi MÜSLÜMOV