Andrea Barzagli mövsümün sonunda karyerasını bitirəcək
Juventus-un müdafiəçisi Andrea Barzagli cari mövsümün sonunda peşəkar futbol karyerasını bitirəcəyini bəyan edib.
Terefsiz.az xəbər verir ki, bu barədə “Sky Sport Italia” nəşri yazıb.
“Karyeramı iyunda bitirəcəyəm. Bu barədə çox düşündüm. Futbolçular üçün gələcəyə baxmaq çox çətindir, lakin tez-tez zədə almağa başladıqda, bununla məşğul olmalı olursan. Futbol çox dəyişib və indi çoxlu gənc futbolçular yetişib, eləcə də Juventus-da. Onlara həmişə hazır olmağı və daha təcrübəli insanları dinləməyi məsləhət görürəm”, – deyə nəşr onun sözlərini sitat gətirib.
37 yaşlı Bartsalyi karyerasına 1998-ci ildə başlayıb. O, bu müddət ərzində Ascoli, Chievo, Palermo və Wolfsburg klublarında oynamağa macal tapıb, 2011-ci ildə isə Juventus-a keçib və onunla yeddi dəfə ardıcıl A Seriyasının qalibi olub. Müdafiəçi 2004-2017-ci illərdə İtaliya yığmasına çağrılıb, 2006-cı ildə isə Dünya çempionu olub.
İsmayıl Abdullayev
Terefsiz.az