Antalyada 20Yanvar faciəsi və Şəhidlər üçün anım tədbiri keçirilib.

0
212
19 Yanvar 2020-ci il tarixində Antalyada,  Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin təşkilatçılığı ilə  20 Yanvar 1990 faciəsi və Şəhidlərinin 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirdə Dərnək başqanı Fazıl Orun, azərbaycanlı yazar Aysel Ateş Abdullazadə, Nəzarət Şurası Başqanı Niyazi Bilgi, İraq Türkmən Birliyi və Dayanışma Dərnək Başqanı Kürşat Çavuşoğlu və başqa iştirakçılar çıxış edib, bu günün tarixini yada salıblar.
Sonrasında 20Yanvar hadisələrinə dair qısa film izləndi. Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeiri və bu şeirə bəstələnmiş mahnı Səbinə İrfan tərəfindən ifa olundu.
Başqan köməkçisi Ceyran Səttarova 20Yanvar adlı slayt lövhəsini təqdim etdikdən sonra tədbirə qatılan qonaqlara Şəhidlərin ruhu adına çay və halva ikram edildi.
Allah Şəhidlərimizə Rəhmət Eləsin!