“Oğlum çox vaxt mənə hirslənir. Məktəbə iclasa gedəndə deyir ki, ana kimi geyin gəl, uşaq kimi yox! Mən çox vaxt şalvar, kofta geyinirəm. Bu “ana kimi” deyəndə mənim anamın geyimini nəzərdə tutur”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Çiçək ləqəbi ilə tanınan aparıcı Şəhla Vakkas “X maqazin” proqramında qonaq olarkən deyib. O, oğlu Vakkasın bloqqer olmaq istədiyini, bu səbəbdən tez-tez mübahisə etdiklərini bildirib:
“Oğlum bloqqer olmaq istəyir. Evdə bu səbəbdən dava edirik. Mən buna razı deyildim. İndi ona söz vermişəm ki, məktəbdən qızıl diplom gətirsə, 3 ay ona telefon verəcəm ki, özünü bloqqer kimi sınasın”.
Bundan əlavə, Çiçək proqramda qeyd edib ki, aparıcı olduğuna görə, onunla ailə qurmaq istəməyiblər:
“Aparıcı olduğuma görə məni almırdılar. O zamanlar çox fikir edirdim, ağlayırdım. Deyirdim ki, kaş vaxtında atama qulaq asardım, aparıcı olmazdım. İndi amma vecimə almıram. Amma oğlum hansı müğənnini bəyənsə, ona evlənməyə icazə verərəm”.