APL-də 2022/2023 mövsümünə yekun vurulub: “Qarabağ” son oyununda qələbə qazanıb

0
74

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünə yekun vurulub.

“Terefsiz.az” xəbər verir ki, turun sonuncu matçında çempion “Qarabağ” “Turan Tovuz”u qəbul edib.

“Azersun Arena”dakı qarşılaşma “köhlən atlar”ın 3:1 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin heyətində 2-ci dəqiqədə Redon Cica, 47-ci dəqiqədə Leandro Andrade, 72-ci dəqiqədə isə Musa Qurbanlı fərqləniblər. Tovuz təmsilçisinin yeganə qoluna 61-ci dəqiqədə Runi Eva imza atıb.

Ağdam təmsilçisi mövsümü 90 xalla başa vurub. Tovuz klubu isə 39 xalla 6-cı yeri tutub.

Qarşılaşmadan sonra Premyer Liqanın medalçıları üçün mükafatlandırma mərasimi təşkil ediləcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” səfərdə “Sumqayıt”ı üç cavabsız qolla üstələyib. “Qəbələ” “Kəpəz”lə heç-heç edib – 1:1. “Səbail” “Şamaxı”nı, “Neftçi” “Sabah”ı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.

N Komanda O Q H M T-F X
1 Qarabağ 36 28 6 2 91-25 90
2 Sabah 36 25 6 5 75-24 81
3 Neftçi 36 20 8 8 63-38 68
4 Qəbələ 36 13 11 12 47-47 50
5 Zirə 36 13 11 12 45-46 50
6 Turan Tovuz 36 10 9 17 36-49 39
7 Sumqayıt 36 8 7 21 26-70 31
8 Kəpəz 36 6 13 17 34-62 31
9 Səbail 36 7 8 21 32-62 29
10 Şamaxı 36 4 13 19 26-52 25

 

Bombardirlər: Ramil Şeydayev (“Qarabağ”) – 22 qol, Musa Qurbanlı (“Qarabağ”) – 21 qol, Coy Lens Mikels (“Sabah”), Emin Mahmudov (“Neftçi”) – hər ikisi 17 qol.

terefsiz.az