“Apple”ın məşhur dizayneri şirkəti tərk edir

0
159

“Apple” şirkətinin məşhur dizayneri Coni Ayv iş yerini dəyişmək qərarına gəlib.

Terefsiz.az saytı xəbər verir ki, dizayner bundan sonra şəxsi layihəsi üzərində işləmək niyyətindədir.

“Mac”, “iPod”, “iPhone” kimi qacetlərin xarici görünüşünü tərtib edən C.Ayv “Apple”la əməkdaşlığı fərdi şəkildə davam etdirəcək.

O, şirkətdən getməsini karyerasının təbii davamı hesab edir.

Terefsiz.az