Aprelin 2-də keçirilən imtahandan 19 nəfər xaric edilib, 1 nəfər yüksək bal toplayıb

0
76

Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 2-də keçirilən imtahanda ən yüksək nəticəni 295,4 bal toplayan Bakı şəhər Xətai rayon 25 saylı orta məktəbin cari il məzunu göstərib.

Bu barədə DİM-dən məlumat verilib.

Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

Qeyd edək ki, bu tarixdə keçirilən imtahanlarda iştirakı nəzərdə tutulan 27896 nəfərdən 2079 nəfər imtahana gəlməyib. 19 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

terefsiz.az