Araratın qapıçısı öldürüldü
Ermənistanın “Ararat” klubunun qapıçısı Muşeq Qevondyan qətlə yetirilib.
Terefsiz.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, hadisə paytaxt İrəvanda baş verib. Atışma zamanı ağır yaralanan 23 yaşlı oyunçu xəstaxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Qevondyan “Ararat”ın ikinci komandasında çıxış edirdi.
İsmayıl Abdullayev
Terefsiz.az