Arda Turan haqda həbs cəzası

0
170

Ötən ilin oktyabr ayında müğənni Berkay Şahinlə dalaşan  “Başakşəhər”in futbolçusu Arda Turan bu gün məhkəmə qarşısına çıxıb.

Terefsiz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Ədalət Sarayında keçirilən məhkəmədə Ardaya hökm oxunub.

Qorxu yaradacaq şəkildə silahla atəş açmaq, sənədsiz silah gəzdirmək və qəsdən yaralamaqda günahlarılan futbolçuya 2 il 8 ay 15 gün həbs cəzası verilib. Ancaq məhkəmə hökmün elanının təxirə salınmasına qərar verib.

Xatırladaq ki, Arda Turan ötən ilin oktyabr ayının 10-da gecə klublarını birində Berkay Şahinlə davada onun burnunu sındırıb, sonra xəstəxanada Berkaya silah çəkib və yerə atəş açıb.