“Arsenal” 18 yaşlı braziliyalı hücumçu ilə müqavilə imzalayıb

0
201

İngiltərənin “Arsenal” klubu Braziliyanın “İtuano” komandasının futbolçusu Qabriel Martinellini heyətinə qatıb.

Terefsiz.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

2017-ci ildə gənc oyunçu İngiltərənin digər klubu “Mançester Yunayted”in maraq dairəsində olub. Onunla həmçinin İspaniya təmsilçisi “Barselona”da maraqlanıb.

Bir neçə Braziliya klubu Martinelli üçün mübarizə aparsa da, o, uzun danışıqlardan sonra İngiltərəyə getmək qərarına gəlib.

Qeyd edək ki, Qabriel Martinelli ötən mövsüm komandasının heyətində 13 oyuna 6 qol vurub.

Terefsiz.az