“Arsenal” uduzanda günahkar mən oluram” – Özil

0
188

 “Əgər yaxşı oyun sərgiləmiriksə, uduzuruqsa,  günahkar mən oluram. Belədirsə, oynamadığım matçlardakı uğursuz nəticələrimizi necə izah etmək olar?”

Terefsiz.az saytı xəbər verir ki, bu sözləri “Arsenal”ın futbolçusu Məsut Özil Britaniya mətbuatına açıqlamasında deyib.

Son günlər zəif oyunu ilə tənqidlərə məruz qalan almaniyalı yarımmüdafiəçi “Arsenal”ın uğursuzluğunda təkcə o yox, bütün komanda günahkar olduğunu bildirib:

“Bunlar mənasız sözlərdir. Bilirəm ki, insanlar oyunun nəticəsini dəyişməyi məndən daha çox gözləyirlər. Mən də bunu istəyirəm. Ancaq bu, elə də asan deyil. Mən komandada tək deyiləm. Bəzən rəqib bizdən daha güclü olur”.

Qeyd edək ki, Özil bu mövsüm “Arsenal”da cəmi oyuna çıxıb. Premyer Liqanın son üç turunda isə adı iştirak ərizəsinə salınmayıb.

Terefsiz.az