Artıq çəki qadını ölümdən xilas etdi – FOTO

0
128

Avstraliyanın Viktoriya ştatında qadın artıq çəkisinə görə ölümdən xilas olub.

“Daily Mail”in xəbərinə görə, 51 yaşlı Liz Hyuet bir ayağının dərisində qırmızı sızanaqların yarandığını görüb. O, bunu 14 ildir əziyyət çəkdiyi revmatoid artritin əlaməti hesab edib.

Sızanağı dırnağı ilə zədələyən qadının dərisinə infeksiya düşüb. Həkimlər onu əməliyyat edərək, ayağının dəri və əzələ hissəsində təxminən 10x20x6 santimetr ölçülü infeksiyalaşmış hissəni kəsiblər. Növbəti əməliyyatda qadının budundan bir hissə götürülərək həmin yerə transplantasiya edilib.

Həkimlər Hyuetə kök olduğu üçün infeksiyanın sümüyə nüfuz etmədiyini və bu səbəbdən də ölümdən xilas olduğunu deyiblər.

istinad:oxu.az