Arvadının işləməsini istəməyən kişi iş yerinə getdi – Qadını öldürdü

0
440

Sumqayıtda həyat yoldaşı tərəfindən işlədiyi mağazada bıçaqlanan qadın xəstəxanada ölüb.

Bildirilib ki, 1992-ci il təvüllüdlü Əmənova Gülnaz Saməddin qızı mayın 3-də bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib və dünən gecə dünyasını dəyişib.

Hadisəni törədən 1980-ci il təvəllüdlü Elçin Əmənov arvadını bıçaqladıqdan sonra özünə də xəsarət yetirib.

Hadisənin təfərrüatına gəlincə, G.Əmənova Sumqayıtdakı eynək mağazalarından birində satıcı işləyib. E.Əmənov isə həyat yoldaşının orada işləməyini istəməyib və buna görə onlar arasında dəfələrlə mübahisə düşüb. Son mübahisə isə qanla nəticələnib. Hadisəni törədən E.Əmənov həbs edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi açılıb.

İstinad: Oxu.az

Terefsiz.az