AŞPA Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanıyıb

0
81

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyanın terrorçuluğu himayə edən dövlət olaraq tanınması haqqında qətnamə qəbul edib.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Bildirilib ki, qətnamənin lehinə 99 nümayəndə səs verib.

Sənəddə Rusiya terrorçu dövlət kimi tanınıb. Bu, Rusiyann terrora sponsorluq edən dövlət elan olunması baxımından ilk addım və beynəlxlaq miqyasda siqnaldır.

Qətnamədə həmçinin AŞPA tarixində ilk dəfə olaraq mülki əhalinin təhlükəsizliyini qorumaq üçün silaha, hava hücumundan müdafiə sisteminə ehtiyac olduğu vurğulanıb.

Sənədə əsasən, Rusiyanın BMT Təhlükəsizlik Şurasında iştirak etməsi legitim deyil, bunun hüquqi əsası yoxdur.

Qətnamədə Rusiya üçün beynəlxalq tribunalın qurulması da istənilib.

terefsiz.az