ATƏT sədri: “Azərbaycanla Ermənistan arasındakı narazılıqların dinc yolla nizamlanmasını hədəfləyirik”

0
63

“Azərbaycan və Ermənistan arasındakı narazılıqların dinc, hərtərəfli və dayanıqlı nizamlanmasını hədəfləyirik”.

“Terefsiz.az” xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani tviter paylaşımında qeyd edib.

Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Azərbaycan Ordusunun gördüyü cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

 

terefsiz.az