“Atletiko”da da maaşlar 70 faiz azaldıldı.

0
132

 “Yuventus” və “Barselona”dan sonra “Atletiko”nun futbolçuları da maaşlarının böyük bir hissəsini kluba güzəştə gediblər.



TEREFSİZ.AZ saytı xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Koronavirus pandemiyasına görə yarana biləcək maliyyə böhranının qarşısını almaq üçün futbolçular bu addımı atıblar. Onlar maaşlarının 70 faizindən imtina ediblər.

Klubun yaydığı açıqlamada bildirilir:

Görüşlərdən sonra oyunçularımız və texniki heyətimiz durumu anlayışla qarşıladılar. Kişi A komandası, qadın A komandası və kişi B komandasının oyunçuları maaşlarının 70 faiz azaldılmasına razı oldular. Klubda çalışan 430 işçiyə isə yardım ediləcək”.

 

TEREFSİZ.AZ