“Atletiko”dan Qrizmanna xəbərdarlıq

0
205

“Atletiko” hücumçusu Antuan Qrizmannla bağlı sərt mövqe nümayiş etdirib.

Terefsiz.az saytı “Marca” nəşrinə istinadən xəbər verir ki, Madrid klubu 28 yaşlı futbolçunun transferilə bağlı “Barselona” ilə danışıq aparmaq istəmir. İddiaya görə, paytaxt təmsilçisi yalnız müqavilədə göstərilən təzminat məbləği ödəniləcəyi halda fransalı oyunçunu buraxacağını bildirib.

“Atletiko” sabah yeni mövsümün hazırlıqlarına start verəcək. Komanda yerli vaxtla saat 20:30-da təlim-məşq toplanışı üçün İspaniyanın Los Anxeles de San Rafael bölgəsinə yollanacaq. Klubdan Qrizmanna deyilib ki, təyin olunmuş vaxtda mütləq bazada olsun. Əgər təcrübəli forvard toplanışa qatılmasa, ona sanksiya tətbiq olunacağı, cərimələnəcəyi haqda xəbərdarlıq edilib.

Qeyd edək ki, Qrizmann müqavilə ilə hələ də “Atletiko”ya məxsusdur. Onun Madrid klubundakı illik qazancı 20 milyon avrodan çoxdur.

Terefsiz.az