Autizim xəstəliyinin sindiromları…

0
840

Bu gün Ümumdünya autizm xəstələri haqda informasiya günüdür.

Autizm xəstəliyi adətən 3 yaşından öncə başlayır və ömür boyu çəkir. Münasibət problemləri yaradan və beynin inkişafına maneə olan xəstəlik növüdür.

Tərəfsiz.az bildirir ki, bu zaman beyinin müxtəlif bölgələri bir arada çalışa bilmir. Belə uşaqlar insanlarla əlaqə qurmaqda çətinlik çəkirlər. Erkən diaqnoz və müalicə bu münasibət çətinliyinin azalmasında təsirli olur.

Yaranma səbəbi tam olaraq bilinmir. Bəzi elm adamları bunun genetika ilə bağlı olduğunu düşünür, ancaq hazırda məhz hansı genin buna səbəb olduğu araşdırılır.

Bəzi araşdırmalar isə buna müəyyən dərmanların səbəb olduğunu vurğulayırlar.

Bəs autzim xəstəliyinin əlamətləri nədir?

Autizmdə aşağıdakı əlamətlərin bəziləri yüngül və ya şiddətli şəkildə özünü göstərir. Hər bir simptomun təsiri də digərindən fərqli ola bilər.

-Diqqət toplamaq çətinliyi olur ki, bu zaman da gözünü bir nöqtəyə dikərək ya baxa bilmir, ya da bu çox az halda olur.

-Autizmli uşaqlar ətrafa qarşı maraqsızdırlar.

-Adı səsləndiyi zaman reaksiya vermirlər.

-Ya hədsiz hərəkətli, ya da hərəkətsiz olurlar.

-Bəziləri təmasa icazə vermirlər və xoşalmırlar.

-Bir ortama daxil olduqları zaman əksər zaman insanları deyil, cansız varlıqları seçirlər.

-Təqlid bacarıqları olmur.

-Söylənənləri tutuquşu kimi təkrarlayırlar.

-Uyğunsuz məqamda gülə bilərlər.

-Streotipləri var (Əl çırpma, tullanma, öz ətrafında dönmə, barmaq uclarında yerimək və s. kimi).

-Oyuncaqlarla gərəkdiyi kimi oynamırlar

-Hər zaman eyni oyunlara üstünlük verirlər.

-Bəziləri çox inadkardır.

-Bəziləri hətta soyuğa, istiyə qarşı reaksiya veməyə bilər.

-Səbrsiz olurlar.

Valideynlər hansı yaşdan etibarən uşağının digərlərindən fərqli olduğunu anlaya bilərlər?

Körpənin ikinci ayında heç bir dinləmə və göz təmasının olmaması

4-5 aylarda ana, ataya qarşı sevincli səslə və ya gülərək qarşılıq verməmək

8-9 aylarda qarşılıqlı münasibət qurmamaq

Özü işarət etmək yerinə digərinin əlindən istifadə edərək nəisə göstərmək

12 ayda ən az bir-iki kəlmə ilə də olsa münasibət qurmamaq

2 yaşında təqlid oyunu oynamamaq

36-48 aylarda kim, harada, nə üçün suallarına cavab verməmək

İstinad:Medicina.az