Avqustun 5-dən sonra hansı qərarlar verilə bilər? (AÇIQLAMA)

0
136
“Avqustun 5-dən sonra ölkədə bir sıra sahələrdə xüsusi qaydalar tədbiq etməklə, müəyyən yumşaldılmalar etmək olar.”
Bu sözləri Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl deyib.
“Artıq Azərbaycanda korunavirusa yoluxanların sayında azalma gedir. Bu, sevindirici haldır. Demək ki, görülən tədbirlər öz effektini verir. Bundan sonra əgər əhali düzgün şəkildə marifləndirilərsə, artıq xüsusi karantin rejimini uzatmağa ehtiyac qalmayacaq. Ümumiyyətlə, virusa qalib gəlmək üçün evdə qalmaq yox, karantin qaydalarına əməl etmək lazımdır. Artıq müşahidələr göstərir ki, insanlar qaydalara əməl etməyə başlayıb. Əvvəl 10 insandan 3-4-ü maskadan istifadə edirdisə, indi 7-8 nəfər istifadə edir”.
V. İsmayıl avqustun 5-dən sonra bir sıra ictimai və iaşə obyektlərinin açılmasının zəruri olduğunu bildirib:
“Əlbəttə, böyük ticarət mərkəzlərinin açılması hazırki məqamda o qədər də real görünmür, çünki orada xüsusi qaydalarla işləmək, insanların qaydalara əməl etməsinə nəzarət etmək çətin məsələdir. Amma bir sıra kiçik mağaza və sexlərin açılmasını həyata keçirmək olar. Bir də turizim sahəsində müəyyən yumşaldılmaların olması da vacib məsələdir”, – deyə o bildirib.
Mənbə: Redaktor.az