21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2023-cü ildə Rumıniya və Gürcüstanda təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi yanvarın 28-də keçiriləcək.
TEREFSİZ.AZ saytı xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
Püşkatma koronavirus pandemiyası ilə əlaqədar onlayn formatda olacaq.
Seçmə mərhələnin oyunları bu ilin martında başlayacaq və 2022-ci ilin iyununda başa çatacaq.
Səbətlərin tərkibi aşağıdakı kimidir:
1-ci səbəti: İspaniya, Almaniya, Fransa, İngiltərə, İtaliya, Danimarka, Portuqaliya, Niderland, Xorvatiya
2-ci səbəti: Avstriya, Polşa, İsveç, Çexiya, Belçika, Rusiya, Serbiya, İsveçrə, Yunanıstan
3-cü səbəti: Slovakiya, İslandiya, Ukrayna, Sloveniya, İrlandiya, İsrail, Norveç, Bolqarıstan, Türkiyə
4-cü səbəti: Şotlandiya, Şimali Makedoniya, Bosniya və Herseqovina, Uels, Şimali İrlandiya, Finlandiya, Macarıstan, Belarus, Albaniya
5-ci səbəti: Monteneqro, Kosovo, Litva, Qazaxıstan, Moldova, Kipr, Farer adaları, Azərbaycan, Latviya
6-cı səbəti: Lüksemburq, Ermənistan, Malta, Andorra, Estoniya, Cəbəllütariq, Lixtenşteyn, San Marino.
Qeyd edək ki, Azərbaycan yığması AVRO-2021-in seçmə mərhələsinin 2-ci qrupunu 6 xalla 6 komanda arasında 5-ci pillədə bitirib.
TEREFSİZ.AZ