Avrokuboklarda püşkatmalar tamamlanıb

0
234

“UEFA”nın Avropa klubları arasında təşkil etdiyi 3 turnirin də püşkatma mərasimi tamamlanıb və qruplar bəlli olub.

“Terefsiz.az” “UEFA”-ya istinadən xəbər verir ki,dünən UEFA Çempionlar Liqasının bu gün isə UEFA  Avropa Liqası və UEFA  Konfrans Liqasının püşkatması tamamlanıb.

Nəzərinizə çatdıraq ki,püşkatma mərasimlərinin hər üçü Türkiyənin İstanbul şəhərində keçirilib.

UEFA Çempionlar Liqası Qruplar:

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu İtaliyanın “Milan”, İngiltərənin “Çelsi” və Avstriyanın “Zaltsburq” komandaları ilə E qrupuna düşüb.

Pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Çexiyanın “Viktoriya” (Plzen) kollektivi isə Almaniya “Bavariya”sı, İspaniya “Barselona”sı və İtaliya “İnter”i ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinə sentyabrın 6-da start veriləcək.

UEFA Avropa Liqası Qruplar:

Qeyd etdiyimiz kimi,Azərbaycan təmsilçisi “Qarabağ” G qrupunda “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya) və “Nant”a (Fransa) rəqib olub.

Türkiyə klublarından “Fənərbağça” B qrupunda “Dinamo” (Kiyev, Ukrayna), “Renn” (Fransa) və AEK (Larnaka, Kipr) komandaları ilə, “Trabzonspor” isə H qrupunda “Srvena Zvezda” (Serbiya), “Monako” (Fransa), “Ferentsvaroş”la (Macarıstan) üz-üzə gələcək.

Avropa Liqasında qrup mərhələsinə sentyabrın 8-də start veriləcək.

UEFA Konfrans Liqası Qruplar:

Türkiyə təmsilçilərindən “Başakşehir” A qrupunda yer alaraq, İtaliyanın “Fiorentina”, Şotlandiyanın “Harts” və  Latviyanın “RFŞ” klublarına rəqib olub.“Sivasspor” isə G qrupunda yer alıb və “Slaviya”(Praqa, Çexiya), ÇFR (Rumıniya), “Balkani” (Kosovo)-ya rəqib olub.

Konfrans Liqasında da  qrup mərhələsinə sentyabrın 8-də start veriləcək.

terefsiz.az