Avropa Ağır Atletika Federasiyası İrəvanda Azərbaycan Bayrağının yandırılmasını pisləyib

0
65

Avropa Ağır Atletika Federasiyası 14 aprel 2023-cü ildə Ermənistanın paytaxtı İrəvanda Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı baş verən hadisəni – bir nəfərin Azərbaycan Bayrağını yandırmasını qəti şəkildə pisləyib.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Federasiyanın bəyanatında bildirilib:

“Avropa Ağır Atletika Federasiyası bu son dərəcə ciddi və təəssüf doğuran jesti idman dəyərlərinin bütövlüyünə və ədalətli oyunun universal prinsiplərinə dair hücum kimi nəzərdən keçirir.

Avropa Ağır Atletika Federasiyası bu hadisəyə dərhal reaksiya verib, təşkilat komitəsinə mövqeyini bildirib. Federasiya daim Azərbaycan Respublikasından olan nümayəndə heyəti ilə, idmançılara, məşqçilərə və vəzifəli şəxslərə tam həmrəylik və dəstək ifadə edir”.

Federasiya Təşkilat Komitəsindən təcili tələb olunan əlavə tədbirlərin həyata keçirilməsini izləyəcək.

Avropa Ağır Atletika Federasiyası baş verənlərə təəssüf edib. Qeyd edilib ki, Federasiya üzvləri Azərbaycan idmançıları Ermənistanı tərk edənə qədər heyət üçün bütün təhlükəsizlik şəraitinin təmin olunmasında birbaşa iştirak edib.

Avropa Ağır Atletika Federasiyası Azərbaycan komandası və Federasiyası ilə həmrəydir.

Qeyd edilib ki, Avropa Ağır Atletika Federasiyası Ermənistanın paytaxtı İrəvanda Azərbaycan Bayrağının yandırılması ilə bağlı əlavə tədbirlərin görülməsi məsələsini nəzərdən keçirəcək.

Federasiya rəhbərliyi, heyətlərin qrupları üçün bütün təhlükəsizlik şəraitinin həyata keçirilməsini təmin etmək üçün çempionatlarda keçirilən bütün tədbirlərdə iştirak edəcək.

terefsiz.az