Avropa Birliyi oktyabrın 16-dan 17-ə keçən gecə Azərbaycanın Gəncə şəhərinə raket zərbələri endirilməsindən, bunun nəticəsində mülki şəxslərin öldürüldülməsindən və ağır yaralanmasından təəssüfləndiyini bildirib. Bu barədə AB-nin sözçüsü Peter Stanonun açıqlamasında deyilir.
“Mülki və mülki obyektlərin atəşə tutulması dayanmalıdır. 10 oktyabrda əldə edilən humanitar atəşkəsə təxirə salınmadan tam riayət edilməlidir ”, deyə Stano söyləyib.