Avropa Birliyi Gəncənin atəşə tutulmasını pislədi – RƏSMİ

0
181
Avropa Birliyi  oktyabrın 16-dan 17-ə keçən gecə  Azərbaycanın Gəncə şəhərinə raket zərbələri endirilməsindən, bunun nəticəsində mülki şəxslərin öldürüldülməsindən və ağır yaralanmasından  təəssüfləndiyini bildirib.  Bu barədə  AB-nin sözçüsü Peter Stanonun açıqlamasında deyilir.

“Mülki və mülki obyektlərin atəşə tutulması  dayanmalıdır. 10 oktyabrda əldə edilən humanitar atəşkəsə təxirə salınmadan tam riayət edilməlidir ”, deyə Stano söyləyib.