Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycan və Türkiyə qardaşlığı növbəti dəfə nümayiş etdirilib.
“Terefsiz.az” xəbər verir ki, sərbəst güləş üzrə yığmaların təltifetmə mərasimdən sonra hər iki komandanın nümayəndə heyəti arenada iki ölkənin dövlət bayrağı ilə birgə şəkil çəkdirib, növbəti dəfə dost və qardaşlıq mesajı veriblər.
Qeyd edək ki, 2 qızıl, 2 gümüş və 2 bürünc qazanan Azərbaycan millisi Avropa çempionu olub. Türkiyə seçməsi isə 2 qızıl, 1 gümüş və 3 bürünc medalla üçüncü yeri tutub.
Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycan bayrağı yandırılıb. Hadisədən sonra milli komanda yarışdan imtina edib. Türkiyə təmsilçiləri sözügedən yarışda qazandıqları medalları məhz Azərbaycana həsr ediblər. Son zamanlar ölkələr arasındakı həmrəylik və qardaşlıq münasibətləri idman sahəsində də özünü qabarıq şəkildə göstərir.