Avropa çempionatında tarixi uğur: Azərbaycanın iki qadın şahmatçısı medal qazanıb

0
89

Çexiyanın paytaxtı Praqada keçirilən qadın şahmatçılar arasında Avropa çempionatında Azərbaycanın qadın şahmatında tarixi uğur əldə olunub.

“Terefsiz.az” xəbər verir ki, yarışda sonuncu – XI turun oyunları keçirilib.

Günay Məmmədzadə – Aleksandra Maltsevska (Polşa), Gövhər Beydullayeva – Nana Dzaqnidze (Gürcüstan) və Ləman Hacıyeva Yolanta Zavadska (Polşa) görüşləri heç-heçə ilə başa çatıb.

Ülviyyə Fətəliyeva Azərbaycan millisindən komanda yoldaşı olan Gülnar Məmmədova, Xanım Balacayeva Alisiya Sliviçka (Polşa) və Səbinə İbrahimova Mixalina Rudzinska (Polşa) üzərində qələbə qazanıb.

44 yaşlı lider Monika Soçko (Polşa) Lilit Mkrtçyanla (Ermənistan) heç-heçə edərək xalını 8,5-ə qaldırıb və Avropa çempionu olub. Günay Məmmədzadə 8 xalla gümüş, eyni xal toplayan Ülviyyə Fətəliyeva bürünc medal qazanıb.

Gülnar Məmmədova 7 xalla 15-ci, Gövhər Beydullayeva və Xanım Balacayeva eyni xalla 19-20-ci, Ləman Hacıyeva 6,5 xalla 23-cü və Səbinə İbrahimova 52-ci olub.

Qeyd edək ki, indiyə qədər qadın şahmatçıların fərdi Avropa çempionatında heç bir Azərbaycan təmsilçisi mükafatçılar sırasında olmayıb. İki şahmatçının mükafatçılar sırasında yer alması Azərbaycan şahmatında tarixi uğurdur.

terefsiz.az