Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

0
256

Avropa İttifaqının sammiti Rusiyaya qarşı iqtisadi sanksiyaların daha yarım il uzadılması haqqında qərarı qəbul edib.

Terefsiz.az xəbər verir ki, bu haqda Avropa Şurasının nümayəndəsi bildirib.

“Rusiyaya qarşı sanksiyalar Minsk razılaşmalarının yerinə yetirməməsinə görə daha yarım il yekdil səslə uzadılıb”, – Avropa Şurasının nümayəndəsi qeyd edib.

İndiki sanksiyaların müddəti iyulun 31-də başa çatırdı. Onlar maliyyə, energetika və müdafiə sektorlarına, həmçinin ikiqat təyinatlı malları aiddir.

İstinad: Publika.az

Terefsiz.az