Avropa İttifaqının Rusiyaya qarşı 9-cu sanksiyalar paketi qüvvəyə minib

0
69

Avropa İttifaqının Rusiyaya qarşı 9-cu sanksiyalar paketi qüvvəyə minib.

“Terefsiz.az” xəbər verir ki, siyahıda “Rossiya 1” kanalının aparıcısı Boris Korçevnikov, məşhur teleaparıcı Marina Kim, müğənni Qriqori Leps, tərcüməçi, publisist Dmitri Puçkov və ssenarist, aktyor, RSFSR xalq artisti , Xarici dildə ən yaxşı filmə görə “Oskar” mükafatı laureatı Nikita Mixalkov yer alıb.

Eyni zamanda Çeçenistanın rəhbəri Ramzan Kadırovun qızları Aişat və Karinaya da məhdudiyyətlər qoyulub.

Bundan əlavə, Avropa İttifaqı “Moskva Kredit Bankı”, “Ümumrusiya Regional İnkişaf Bankı”, “Uzaq Şərq Bankı” daxil olmaqla “Vahid Rusiya”, “Liberal Demokrat Partiyası”, “Kommunist Partiyası”, “Ədalətli Rusiya” və “Yeni İnsanlar” partiyalarına qarşı sanksiyalar tətbiq edib.

Rusiya Federasiyasının Baş nazirinin müavini Tatyana Qolikova, ədliyyə naziri Konstantin Çuyçenko, mədəniyyət naziri Olqa Lyubimova, təbii sərvətlər naziri Aleksandr Kozlov, elm və ali təhsil naziri Valeri Falkov, fövqəladə hallar naziri Aleksandr Kurenkov, əmək naziri Anton Kotyakov, bir neçə qubernator və konstitusiya məhkəməsinin 20 üzvü, həmçinin Rusiya Dövlət Dumasının 40 deputatının adı da “qara siyahı”ya düşüb.

Rusiyanın Silahlı Qüvvələri və onların bütün növləri, həmçinin Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) sanksiyalar siyahısına daxil edib.

Ümumilikdə sanksiya siyahısına 1 386 şəxs və 171 təşkilat daxil edilib.

terefsiz.az