Avropa Komissiyasının Prezidenti: “Azərbaycan qaz təchizatında alternativ tərəfdaşdır”

0
84

Rusiya qazından başqa etibarlı təchizatçılara doğru şaxələndirmək üçün çox üsul var. ABŞ, Norveç və Azərbaycan alternativ tərəfdaşlardır.

“Terefsiz.az” “Publicist 24” nəşrinə istinadən xəbər verir ki, bunları Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen deyib.

Problemimizin kökü qalıq yanacaqlardan asılılığımızdır ki, bundan qurtulmalıyıq”, – Avropa Komissiyasının sədri vurğulayıb.

Mətbu orqan qeyd edib ki, Avropa İttifaqı (Aİ) liderləri, Rusiyanın Ukraynaya müdaxiləsi bazarları pozduğuna görə, qazın qiymətləri ilə bağlı qitə miqyasında qiymət həddi ilə bağlı razılığa gələ bilməyiblər.

“Vəziyyəti daha da pisləşdirən odur ki, Rusiyanın aparıcı enerji təchizatçısı olan “Qazprom”, 12 üzv dövlətə qaz axınını kəsdi və ya ciddi şəkildə məhdudlaşdırdı.

İtaliyanın Baş naziri Mario Draqi də Aİ-də qaz qiymətlərinə məhdudiyyət qoyulması təklifini irəli sürmək istəyib, lakin həmkarlarının dəstəyini ala bilməyib”, – “Publicist 24” bildirib.

TEREFSİZ.AZ