UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.
“Terefsiz.az”ın məlumatına görə, 16 matçda ümumilikdə 400 000-dən çox tamaşaçı iştirak edib.
İlk “5-lik”də Bakıda “Qarabağ” və Yunanıstanın “Olimpiakos” komandaları arasında keçirilmiş G qrupunun qarşılaşması da yer alıb. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü 31 200 tərəfdar izləyib.
Ən çox fanat isə “Mançester Yunayted” (İngiltərə) – “Omoniya” (Kipr) oyununda qeydə alınıb. İngiltərədəki matçda 74 310 azarkeş olub.
Qeyd edək ki, “Qarabağ” – “Olimpiakos” qarşılaşmasında qalib müəyyənləşməyib – 0:0.