Avropa Liqası: “Sevilya” finalda “Roma”ya rəqib olub

0
88

UEFA Avropa Liqasında finalçılar məlum olub.

“Terefsiz.az”ın məlumatına görə, yarımfinalın cavab oyununda Almaniyada “Bayer”lə qolsuz bərabərə qalan İtaliya “Roma”sı adını həlledici görüşə yazdırıb. İlk matçda “canavar”lar 1:0 hesablı qələbə qazanmışdı.

İspaniyada “Sevilya” ilə İtaliya “Yuventus”u arasında oynanılan qarşılaşmanın əsas vaxtı heç-heçə başa çatıb – 1:1.Əlavə vaxtda İspaniyada İtaliya “Yuventus”una 2:1 hesabı ilə qalib gələn “Sevilya” tarixində 7-ci dəfə bu turnirdə adını finala yazdırıb.

Komandalar arasında keçirilmiş ilk görüş heç-heçə yekunlaşmışdı – 1:1.

UEFA Avropa Liqası
Yarımfinal, cavab oyunları
18 may

23:00. “Sevilya” (İspaniya) – “Yuventus” (İtaliya) – 2:1 (ƏLAVƏ VAXTDA – 1:0)
Qollar: 
Suso, 72. Erik Lamela, 95 – Duşan Vlahoviç, 65
Qırmızı vərəqə: Markos Akunya, 115 (“Sevilya”)
Baş hakim: Denni Makkeli (Niderland)
Sevilya, “Ramon Sançes Pisxuan” stadionu
İlk oyun – 1:1

23:00. “Bayer” (Almaniya) – “Roma” (İtaliya) – 0:0
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Leverkuzen, “Bay Arena”
İlk oyun – 0:1

“Sevilya” finalda İtaliyanın digər təmsilçisi “Roma” ilə qarşılaşacaq.Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da baş tutacaq.

terefsiz.az