Avropa Liqasında 1/4 finalın bütün iştirakçıları müəyyənləşib

0
84

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbağça” İspaniyada iki cavabsız qolla məğlub olduğu “Sevilya”nı qəbul edib. Görüş İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatsa da, növbəti mərhələyə qonaqlar adlayıblar.

“Sevilya” ilə yanaşı, İngiltərənin “Mançester Yunayted”, Niderlandın “Feyenoord” və İtaliyanın “Yuventus” , Belçikanın “Union”, Almaniyanın “Bayer”, İtaliyanın “Roma” və Portuqaliyanın “Sportinq” klubları da 1/4 finala vəsiqə qazanıblar.

UEFA Avropa Liqası
1/8 final, cavab oyunları
16 mart

21:45. “Betis” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) – 0:1
Qol: 
Markus Reşford, 56
İlk oyun – 1:4

21:45. “Fənərbağça” (Türkiyə) – “Sevilya” (İspaniya) – 1:0
Qol: 
Enner Valensiya, 41 (penalti)
İlk oyun – 0:2

21:45. “Feyenord” (Niderland) – “Şaxtyor” Donetsk (Ukrayna) – 7:1
Qollar: 
Santyaqo Ximenes, 9. Orkun Kökçü, 24; 38 (penalti). Ussama İdrissi, 49; 60. Alireza Cahanbaxş, 64. Danilu Pereyra, 67 – Kevin Kelsi
İlk oyun – 1:1

21:45. “Frayburq” (Almaniya) – “Yuventus” (İtaliya) – 0:2
Qollar: 
Duşan Vlahoviç, 45 (penalti). Federiko Kyeza, 90+5
Qırmızı vərəqə: Manuel Qulde, 44 (“Frayburq”)
İlk oyun – 0:1

17 mart

00:00. “Arsenal” (İngiltərə) – “Sportinq” (Portuqaliya) – 1:1 (PENALTİLƏRDƏ – 3:5)
Qollar: 
Qranit Caka, 19 – Pedru Qonsalveş, 62
Qırmızı vərəqə: Manuel Uqarte, 118 (“Sportinq”)
İlk oyun – 2:2

00:00. “Ferentsvaroş” (Macarıstan) – “Bayer” (Leverkuzen, Almaniya) – 0:2
Qollar: 
Mussa Diabi, 3. Amin Adli, 81
İlk oyun – 0:2

00:00. “Real Sosyedad” (İspaniya) – “Roma” (İtaliya) – 0:0
Qırmızı vərəqə: 
Karlos Fernandes, 90+9 (“Real Sosyedad”)
İlk oyun – 0:2

00:00. “Union Seynt Gilloys” (Brüssel Belçika) – “Union Berlin” (Berlin, Almaniya) – 3:0
Qollar: 
Teddi Teuma, 18. Tyerri Amani, 63. Loik Lapussen, 90+4
İlk oyun – 3:3

terefsiz.az