Son bir neçə gün ərzində Fransanın cənub-qərbində yerləşən Gironde rayonundan 11 mindən çox insan olduqları ərazini tərk etməyə məcbur qalıblar.
Temperaturun 40 dərəcədən yuxarı olduğu Portuqaliya və İspaniyada da yanğınlar baş verib.
Hər iki ölkədə ən azı 281 nəfərin istilərdən öldüyü bildirilir və İspaniyanın qərbində yerləşən bir neçə şəhərdən insanlar evakuasiya edilib.
Yanğın İspaniya sərhədlərini keçərsə, portuqaliyalı kəndlilərə evlərini tərk etmək göstərişi verilib.
Fransanın Yanğınsöndürmə Federasiyasının rəhbəri qlobal istiləşmənin əhalinin mülki müdafiəsinə təsirləri barədə xəbərdarlıq edib: “Yanğınsöndürənlər və mülki müdafiə qoşunları müntəzəm olaraq isti havaların yaratdığı təsirlərlə mübarizə aparır – bu problem 2030-cu ildə deyil, artıq indi mövcuddur”, – Grégory Allione deyib.
İnsan fəaliyyəti nəticəsində ortaya çıxan iqlim dəyişikliyi səbəbindən günvurmalar daha intensiv xarakter alıb. Sənaye erası başlayandan bəri qlobal istilik 1.1 dərəcə artıb və hökumətlər emissiyaları azaltmayanadək temperaturun yüksəlməsi davam edəcək.
İspaniya
İspaniyanın Mijas bələdiyyəsində 3000-dən çox insan təpələrdə baş verən yanğınlardan xilas olmaq üçün evlərini tərk edib, bəziləri sonradan geri dönə bilib. Mijas Malaqa yaxınlığında yerləşir, turistlər arasında məşhurdur və özü də məşhur tətil yeridir.
Ərazidə yaşayan Ellen Reuters agentliyinə deyib ki, onların yır-yığış etməyə vaxtları yoxdur: “Sadəcə bir neçə zəruri əşyanı götürüb qaçdıq və bu vaxta qədər küçələr insanlarla dolu idi, hər şey hərəkətdə idi, çoxlu adam, təcili yardım maşınları və yanğınsöndürənlər var idi”.
Meşə yanğınları İspaniyanın digər ərazilərində də başlayıb: Kastiliya və Leon, Qalisiya və Ekstremadura əyalətlərində.
Aralıq dənizi istiliyi
İtaliyada hökumət ölkənin ən uzun çayı olan və amansız istilər səbəbindən bəzi yerlərdə dərəyə çevrilən quru Po Vadisində fövqəladə vəziyyət elan edib.
Portuqaliyada bu il yanğınlar, əsasən, ölkənin şimalında artıq 30 min hektar meşəni məhv edib. Bu, 2017-ci ilin yayından bəri ən böyük yanğın zərəridir. O zaman 100-dən çox insan ölmüşdü.
Bununla belə, qərbdə Mərakeşdən, şərqdə Kritdən tutmuş bütün Aralıq dənizində ciddi vəziyyət yaranıb.
Mərakeşdə səlahiyyətlilər 1300-dən çox sakini təcili təxliyə etməyi əmr edib və ölkənin şimalındakı Larache əyalətindəki meşələrdə yanğınla mübarizə üçün əlavə yanğınsöndürənlər göndərib.
İstilik yanğınlar olmasa belə, özlüyündə təhlükəlidir
Həddindən artıq yüksək temperatur, hətta yanğın olmadıqda belə, sağlamlıq üçün təhlükəli ola bilər. İstilik dalğaları istivurma və qəza riskini artırır.
Qəzaların çoxu suda baş verir. İsti havada dənizə, çaylara və göllərə üz tutanların sayı xeyli artır və onların heç də hamısı ən sadə təhlükəsizlik tədbirlərinə belə əməl etmir, buna görə də boğulanların sayı artır.
Anormal yüksək temperaturlara ən həssas olanlar gənc uşaqlar və yaşlılardır, hərçənd istilik yaxşı fiziki formada olanlar üçün də təhlükəlidir.
Məsələn, iyulun 10-dan 15-dək hər gün istiliklə əlaqəli ölümləri qeydə alan Madrid III Karlos Universitetinin məlumatına görə, bu və ya digər formada yüksək temperatur 360 nəfərin ölümünə səbəb olub. Əvvəlki altı gündə bu rəqəm 27 idi.
Madriddə təmizlikçilərdən birinin istidən ölməsindən sonra İspaniya paytaxtının meriyası küçə təmizləyicilərinə axşam saatlarında işləməyə icazə verib.
Fransa hökuməti qocalar evlərindəki insanları və evsizləri istidən qorumaq üçün əlavə tədbirlər görüb. 2003-cü ildə ölkə hakimiyyəti əhalinin həssas təbəqələrini müdafiə etməyə hazır deyildi, nəticədə 15 minə yaxın insan həlak olmuşdu.
Bu arada, alpinistlər “müstəsna iqlim şəraiti”nin səbəb olduğu qayaların uçması riski səbəbindən Mont Blan dırmanmasını təxirə salmağa çağırılır.

Britaniyada nə baş verir?
Həddindən artıq istilik infrastruktura, məsələn, yol səthlərinin əriməsi və dəmir yollarının əyilməsi kimi zərər verə bilər.
Böyük Britaniyanın Met Office indiyə qədər ən şiddətli isti xəbərdarlığı olan “qırmızı” xəbərdarlıq edib. Bu xəbərdarlıq, əsasən, ölkənin cənub-şərqinə və Böyük London ərazisinə qədər uzanır.
Sinoptiklər bazar ertəsi-çərşənbə axşamı havanın temperaturunun 41 dərəcə Selsiyə çata biləcəyini proqnozlaşdırırlar.
Xəbərdarlıqda deyilir ki, isti havanın mənfi təsirləri bütün əhalini təhdid edir. Vətəndaşlar çox zərurət olmadıqca təcili yardım çağırmamağa, mümkün olduqda iş üsullarını və gündəlik iş rejimini dəyişməyə çağrılır.
Həmçinin “istiliyə həssas sistem və avadanlıqların sıradan çıxması, bu da yerli elektrik enerjisinin kəsilməsinə və digər zəruri xidmətlərin, məsələn, su təchizatı və ya mobil telefon xidmətlərinin pozulmasına səbəb ola bilməsi” istisna edilmir.
İstilik və bununla bağlı problemlərlə mübarizə üçün təxirəsalınmaz tədbirlər görülür. Məsələn, bir neçə yerli bələdiyyə yollara qışda buzlu asfaltın üzərinə qum səpən xüsusi maşınlar buraxıb. Onlar həddindən artıq istidə asfaltın yumşalmasının qarşısını almaq üçün səthlərə daş çipləri səpirlər.
Londondakı Hammersmit körpüsünün zəncirləri günəşi əks etdirmək və həddindən artıq istiləşmənin qarşısını almaq üçün gümüş izolyasiya folqa ilə örtülüb.
Çayın yatağına bağlanan zəncirlər elə tənzimlənir ki, yayda onların temperaturu 13 dərəcədən çox olmasın. Əgər hər hansı səbəbdən 18 dərəcəyə qalxarsa, körpüdə hərəkət bağlanmalı olacaq.
Şagirdlərə idman şortu və köynəklə məktəbə gəlməyə icazə verilib, çünki ənənəvi formalar, xüsusən də sviterlər və gödəkçələr günvurmaya səbəb ola bilər.
Bununla belə, onlar təkcə insanları deyil, heyvanları da qorumağa çalışırlar. Britaniya zooparkları, vəhşi təbiət parkları və qoruqları heyvanlarının susuz qalmaması üçün əllərindən gələni edirlər.
Bəzi London zooparkının sakinləri qoz-fındıq və toxumla birlikdə buzlu çaydan (şəkərsiz) hazırlanmış dondurma alıblar.
“Məsələn, primatlar, qorillalar da sizin və mənim kimi dondurulmuş meyvələri sevirlər”, – Zoopark işçilərindən biri Rob Harland deyib.
Rob onu da əlavə edib ki, zooparkın Asiya aslanları və cırtdan begemotlarının üzmək üçün öz su hövzələri var, qırmızı çay donuzları kimi digər heyvanlar isə baxıcılarından şəxsi soyuducu duşlar alırlar.
Oksforddakı Kotsvolds bölgəsindəki vəhşi təbiət parkında da heyvanların normal qida rasionunda olan armud və yerkökü kimi inqrediyentlərdən “çubuqda eskimo” hazırlanır.
İstinad:”BBC Azərbaycan”