Avropada koronavirusun ən gənc qurbanı məktəbli oldu

0
118

Parisdən olan 16 yaşlı məktəbli qız Avropada koronavirusun ən gənc qurbanı oldu.

Daily Star” yeniyetmənin qohumlarına əsasən bildirir ki, Culi Elliotda ilk simptomlar bir həftə öncə müşahidə olunmağa başlayıb.

Əvvəlcə o, yüngülcə öskürüb, lakin qızın səhhəti getdikcə ağırlaşmağa başlayıb. Bazar ertəsi məktəbli xəstəxanaya yerləşdirilib, iki gündən sonra isə Culi dünyasını dəyişib.

Yeniyetmənin ailəsi gəncləri koronavirusa ciddi yanaşmağa səsləyib.

istinad:oxu.az